Daxili İşlər Nazirliyi dünən Bərdə rayonunda bir nəfərin qonşusu tərəfindən topuğundan güllələnməsi haqda məlumat yayıb. 

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, qonşusunu güllələyən şəxs polis əməkdaşıdır.

Hadisəni törədən Yusif Kərimov Tərtər rayon Polis Şöbəsinin əməkdaşıdır.

***

13:10

Bərdə sakini münaqişə zəminində tüfəngdən atəş açıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə,  hadisə sentyabrın 6-da Bərdə rayonunun Dəymədağıldı kəndi ərazisində baş verib.

Kənd sakini Y.Kərimovun münaqişə zəminində tüfəngdən açdığı atəşlə qonşusu A.Əliyevə topuq nahiyəsinə xəsarət yetirməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb, ondan lüləsi və qundağı kəsilmiş “İJ” markalı ov tüfəngi götürülüb.