7 sentyabr 2020-ci il tarixində Bakı və Abşeron yarımadasının havasında toz dumanı müşahidə edilir.
Milli Hidrometeorologiya Xidmətindən Unikal.org-a verilən məlumata görə, peyk müşahidələrinə əsasən, transsərhəd xarakter daşıyan və cənub, cənub-şərq istiqamətli küləklər vasitəsilə daxil olan toz dumanının 9 sentyabr axşam saatlarınadək davam edəcəyi gözlənilir.