Azərbaycanda peşə təhsili müəssisələrində işləyən təhsilverənlərin attestasiyası keçirilməsi təklif edilir.

Unikal.org xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinin 66-cı maddəsinə ( Attestasiya olunmayan işçilər) dəyişiklik olunacaq.

Dəyişikliklə peşə təhsili müəssisələrində işləyən təhsilverənlər attestasiyası keçirilməyənlərin siyahısından çıxarılır.

Qeyd edək ki, hazırkı qanunvericiliyə əsasən aşağıdakı işçilərin attestasiyası keçirilmir:

Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər;

Azərbaycan Respublikasında dövlət ümumi təhsil  və peşə  təhsili (tam orta təhsil üzrə təhsilverənlərə münasibətdə) müəssisələrində işləyən təhsilverənlər.