Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin (RPŞ DYPB) əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a məlumat verilib.
Bildirilib ki, rayon sakinləri, Tural Rüstəmli, İlkin Əhmədzadə, Hüseyn Tağıyev, Azər Bəhlulzadə və Fikrət Bağırov əvvəlcədən planlaşdıraraq, qrup şəklində ümumilikdə beş ədəd “VAZ 2107” markalı avtomobil karvanı ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdikləri və bu hərəkətləri video görüntüyə alıb müxtəlif sosial şəbəkələrdə yerləşdirdikləri məlum olub.
Saxlanılan şəxslər barəsində Şəmkir RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.