Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin yeni tədris ilində necə fəaliyyət göstərəcəyi məlum olub.
Unikal.org xəbər verir ki, bununla bağlı Təhsil naziri müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə xüsusi tədris planlarına uyğun təşkil olunacaq.