Saatlı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, rayonun Musalı kəndi ərazisində Naharlı kənd sakini İ.İbrahimovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə şəhər sakini İlham Salmanovun idarə etdiyi motosiklet toqquşub.
Xəstəxanaya yerləşdirilmiş İ.Salmanovun həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı Saatlı Rayon Polis Şöbəsi tərəfindən təhqiqat aparılır.