Gürcüstanda son sutkada koronavirusa 44 yeni yoluxma halı təsdiqlənib, 4 pasiyent sağalıb.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların sayı 1 773-ə, sağalanların sayı isə 1 325-ə çatıb. Xəstəlikdən 19 nəfər vəfat edib.
Hazırda Gürcüstan üzrə karantində 5 882, tibbi nəzarətdə isə 390 nəfər saxlanılır.