"AstraZeneca" əczaçılıq şirkəti və Oksford Universitetinin hazırladığı koronavirus vaksininin ABŞ-da keçirilən sınaqlarının üçüncü mərhələsi müvəqqəti dayandırılıb.
Unikal.org xəbər verir ki, buna sınaqlarda iştirak edən könüllülərdən birində əks təsirin müşahidə edilməsi səbəb olub.
Həmin şəxs müşahidə altına alınıb, sağlamlıq vəziyyətinin ciddi olmadığı deyilir. Sınaqların bir neçə gün ərzində yenidən başlayacağı ehtimal olunur.