Lionel Messi kollektiv ilə birlikdə məşqlərə başlayıb.
Unikal.org xəbər verir ki, artıq argentinalı hücumçu kollektiv məşqlərdə iştirak edir. Fərdi məşqlərə isə o, sentyabrın 7-də start vermişdi.
Xatırladaq ki, "Barselona"dan ayrılmaq istədiyini bildirən Lionel Messi məhkəmə məsələsinə görə qərarını dəyişib. O, müqaviləsinin bitəcəyi 2021-ci ilin yayınadək komandada qalacağını açıqlayıb.