Norveç parlamentinin üzvü Kristian Tibrinq-Qedde ABŞ prezidenti Donald Trampın uzanmış münaqişələrin həllinə görə Sülh üzrə Nobel mükafatına layiq olduğuna əmindir.

Unikal.org xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Onun sözlərinə əsasən, Amerika lideri xalqlar arasında sülhün bərqərar olması üçün sülh mükafatına digər nominantlardan fərli olaraq daha çox iş görüb.

Nobel komitəsinə məktubunda o qeyd edib ki, ABŞ prezidentinin administrasiya da İsrail və Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin formalaşmasında həlledici rol oynayıb.

Norveç parlamentirisi, həmçinin hesab edir ki, Tramp Kəşmir məsələsində Hindistan və Pakistan arasında danışıqların güclənməsində, eləcə də KXDR-nın nüvə potensialı il bağlı problemin həll edilməsinə təsir göstərib.