Bakı Apelyasiya Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması barədə məhkəmə qərarından verilən apelyasiya şikayətinə baxılıb.
Unikal.org-un xəbərinə görə, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən iclasda qərar elan edilib.
Qərara əsasən, apelyasiya şikayəti təmin edilməyib.