Paytaxtın Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a vrilən məlumata görə, rayon ərazisindəki evlərin birindən içərisində 1000 manat və 4500 ABŞ dolları məbləğində pul, habelə 20 min manat dəyərində qızıl-zinət əşyaları olan seyf oğurlanıb.

Oğruluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Allahverdiyev rayon polis idarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanıb.

Hadisə ilə əlaqədar araşdırma aparılır.