Xaçmazda intihar hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, hadisə şəhərin Şəfəq küçəsində qeydə alınıb.
Şəhər sakini 1998-ci il təvəllüdlü, Turunc Mehman qızı Məmmədəliyeva özünü yaşadığı evdə asaraq intihar edib.
Qeyd edək ki, T.Məmmədəliyeva ailəli olub, övladı yoxdur. Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz Rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.