Mingəçevir şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə zamanı 1998-ci il təvəllüdlü Qasımzadə Oksana İlqar qızı xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə əvvəlcə Mingeçevir Şəhər Mərkəzi Xəstəxanasına, daha sonra paytaxtda yerləşən xəstəxanaların birinə göndərilib. Ona sağ kürək və sol döş qəfəsinin əziyi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.