Özünü NATO əsgəri və mexanika mühəndisi kimi təqdim edən, adı açıqlanmayan bir nəfər evlilik vədi ilə qadınları aldadırmış.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Z.G adlı həmin şəxsin yalanları isə Esra Erolun proqramı zamanı bəlli olub. Evlilik saytında tanış olduğu “NATO əsgərinə” 2 milyon TL (265 000 dollar) verdiyini və bu pulu verməsi üçün 2 evini satdığını deyən F.Ç adlı xanım təzminat üçün məhkəməyə müraciət edəcəyini və proqram heyətindən də ona kömək etmələrini istəyib.
Canlı yayıma qoşulan Z.G adlı həmin şəxs isə haqqında olan iddiaları rədd edib və belə bir hadisənin baş vermədiyini bildirib.
Qeyd edək ki, Z.G adlı şəxsin 5 rəsmi evliliyinin və 3 uşağının olduğu üzə çıxıb.