“Milan”ın koronavirusa yoluxan futbolçusu Rafael Leao sağalıb.
Unikal.org xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Koronavirusa qalib gələn 21 yaşlı hücumçu artıq komandayla məşqlərə başlayıb.
Leao “Milan”ın A Seriyasının ilk turunda “Bolonya”nı məğlub etdiyi oyunda (2:0) iştirak etməyib.