Türkiyədə şəxsiyyət və sürücülük vəsiqələrinin birləşdirilməsi işlərinə başlanılıb.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumatda qeyd edilir ki, “Həyat şəxsiyyət vəsiqənlə asandır” adı altında sənədlərin birləşdirilməsi işləri artıq 5 gündür davam etdirilir. Bu müddət ərzində 120 min 695 nəfərin sürücülük vəsiqəsindəki məlumatlar şəxsiyyət vəsiqələrinə keçirilib.