Fransa prezidenti Emmanuel Makron Dağlıq Qarabağdakı vəziyyətin tənzimlənməsi yollarını müzakirə etmək üçün Rusiya lideri Vladimir Putin və ABŞ rəhbəri Donald Trampla telefon daışığı aparmağı planlaşdırır.
Unikal.org TASS-a istinadla xəbər verir ki, bu barədə o, Latviyaya səfəri zamanı mətbuat konfransında bildirib.
“Bu məsələ ilə beynəlxalq səlahiyyətli vasitəçilər qrupu – Fransa, Rusiya və ABŞ-ın daxil olduğu Minsk qrupu məşğul olur. Biz ilk saatlardan (Dağlıq Qarabağda münaqişənin kəskinləşməsinin) XİN rəhbərləri və mənim səviyyəmdə tərəfdaşlarımızla əlaqədəyik. Fikir mübadiləsi aparmaq və yaranmış vəziyyətdən çıxış yolu tapmaq üçün bu gün axşam prezident Putinlə, sabah isə prezident Trampla danışmağı planlaşdırıram”, - deyə Makron bildirib.