Azərbaycan Silahlı Qüvvələrinin əks-hücumu qarşısında tab gətirə bilməyən düşmən əsgərləri döyüş mövqelərini tərk edərək qaçıb.
Unikal.org xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, düşmən hərbçiləri bir neçə məntəqəni tərk edib.
"Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu ildə xeyli düşmən hərbçisini məhv etdiyi posta Azərbaycan bayrağı sancılıb. Əks hücum əməliyyatları davam edir. Düşmən depressiya vəziyyətindədir", - deyə A.Eyvazov qeyd edib.