Zaqatala rayonunun Muğanlı kəndi ərazisində Fəryad İbrahimovun idarə etdiyi “KIA” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarında dayanan “VAZ-2106”-ya çırpılıb.

"Unikal"ın məlumatına görə, nəticədə nəqliyyat vasitəsinin yanında dayanan “VAZ-2106”-nın sürücüsü, 1966-cı il təvəllüdlü Hüseyn Əliyev aldığı xəsarətlərdən hadisə ölüb.  Həmçinin sonuncu avtomobildəki sərnişin, 1977-ci il təvəllüdlü Xalidə Əliyeva, “KIA”-nın sürücüsü Fəryad İbrahimov və 13 yaşlı oğlu da hadisə zamanı xəsarət alıb. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Seymur Əli