Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 182 yeni yoluxma faktı qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Unikal.org-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 41113 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 38858 nəfər müalicə olunaraq sağalıb, 602 nəfər vəfat edib, aktiv xəstə sayı 1653 nəfərdir.