Göyçay rayonunun Şəhadət kəndində ümumi sahəsi 55 m² olan köməkçi tikilinin içərisində iki ədəd “VAZ” minik avtomobilinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.