Qırğızıstanın paytaxtı Bişkekdə yeni Baş naziri Sadır Japarovun və sabiq prezident Almazbek Atambayevlə eks-baş nazir Omurbek Babanovun tərəfdarları arasında qarşıdurma başlayıb.
Unikal.org bu barədə RİA “Novosti”nin hadisə yerindəki müxbirinə istinadla xəbər verir.
Bişkekin köhnə meydanından Ala-Too meydanına gələn Japarovun tərəfdarlarının dəstəsi tribunadan danışan Atambayevin tərəfdarlarına hücum ediblər. Bildirilir ki, qarşıdurma zamanı daş və butulkalardan da istifadə edilib.
Bazar ertəsi günü Qırğızıstanda 4 oktyabrda keçirilən parlament seçkilərinin nəticələrinə qarşı kütləvi etirazlar başlayıb. Etirazçılar ilə təhlükəsizlik qüvvələri arasındakı qarşıdurmadan sonra parlamentə keçməyən müxalifət partiyalarının tərəfdarları prezident administrasiyasının yerləşdiyi parlament binasını ələ keçirib. Nümayişçilər həbsdə olan sabiq prezident Almazbek Atambayevi və keçmiş baş nazir Jantor Satıbaldiyevi azad ediblər. Qarşıdurmalarda 1,2 mindən çox insan yaralanıb, biri nəfər öldürülüb. Qırğızıstan Baş naziri Kubatbek Boronov istefa verib.