“Bakı və İrəvan Qarabağla bağlı substantiv danışıqlara başlayıb”.
Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Rusiya XİN rəhbəri Sergey Lavrov deyib.
“Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar”, - Lavrov əlavə edib.
O qeyd edib ki, Ermənistan və Azərbaycan Qarabağla bağlı danışıqlar prosesi formatının dəyişməzliyini təsdiqləyiblər.