“Bu ərazidə heç bir hərbi hədəfə rast gəlmədik. Burada sadəcə yaşayış binaları və mağazalar var”.
Unikal.org xəbər verir ki, bunları Gəncəyə səfər edən BBC-nin müxbiri Orla Gerin özünün “Twitter”dəki hesabında yazıb.
“Gəncə Azərbaycanın ikinci böyük şəhəridir. Dağlıq Qarabağ cəbhəsindən təxminən 60 kilometr məsafədə yerləşir”, - deyə Orla Gerin qeyd edib.