Silahlı Qüvvələrə Yardım Fondunda əlavə hesablar açılıb.
Unikal.org xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Azərbaycan Ordusuna maliyyə dəstəyinin göstərilməsi ilə bağlı xaricdə yaşayan həmvətənlərimiz tərəfindən Müdafiə Nazirliyinə daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq Silahlı Qüvvələrə Yardım Fondunun Beynəlxalq bankda mövcud olan Bank hesablarında türk lirəsi və Böyük Britaniya funt sterlinqi hesabları da əlavə olunub.