Milli Məclisin kollektivi Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna 360 min manat pul vəsaiti köçürüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Unikal.org-a bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsünə qoşularaq bu günlərdə Milli Məclisin Sədri, Sədr müavinləri, deputatlar, parlament Aparatının və İşlər idarəsinin kollektivləri Silahlı Qüvvələrə Yardım Fonduna 360 min manat ianə ediblər.

Şanlı Ordumuza onun qarşısında duran vəzifələrin yerinə yetirilməsində uğurlar diləyirik. Yeni-yeni zəfərlər müjdəsi ilə!

Biz birlikdə güclüyük!
Qarabağ Azərbaycandır!