"Böyük siyasətdə dost yoxdur. Olmamalıdır".
Unikal.org xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin "Rossiya 1" televiziyasında çıxışı zamanı ifadə edib.
"Böyük siyasət öz siyasi borcunu yerinə yetirən hər kəsin təmsil etdiyi dövlətin və xalqın mənafeyinə malikdir. Bir ölkəni təmsil edən insan əvvəlcə bu ölkənin maraqlarını nəzərə almalıdır"- deyə Rusiya lideri qeyd edib.
Həmçinin, Putin liderlər də daxil olmaqla fərdlər arasındakı yaxşı münasibətlərin hər zaman ən çətin problemlərin həllinə kömək etdiyini bildirib.