Xəbər verildiyi kimi, humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan ordusu 17 oktyabr 2020-ci il tarixində gecə saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə yenidən raket zərbələri endirib, böyük dağıntı və insan tələfatı törədib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Unikal.org-a bildirilib ki, dərhal əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunub. Bu vaxta qədər dağıntılar altından xəsarət almış 52 nəfər və 13 nəfərin meyiti çıxarılıb.

Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.

08:00

Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini raket atəşinə tutması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb

Unikal.org xəbər verir ki, dağıntılar altından daha bir nəfərin meyiti tapılıb.

Düşmənin raket hücumu nəticəsində 40-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri bu gün gecə saat 1 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutub.

***04:37

Düşmənin silahlı qüvvələrinin 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 12 nəfər həlak olub, 40-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Unikal.org xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib.

Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

İctimaiyyətə son vəziyyətlə bağlı əlavə məlumat veriləcəkdir.

***04:06

“Ermənistanın Gəncəyə raket hücumu nəticəsində 10-dan çox mülki şəxs ölüb, təxminən 40 nəfər yaralanıb”.

Unikal.org xəbər verir ki, bu barədə Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

***03:28

Düşmənin Gəncəyə raket hücumu nəticəsində  6 nəfər ölüb, 35 mülki şəxs yaralanıb.

Unikal.org xəbər verir ki, məlumatı prezidentin köməkçisi Hikmət Hacıyev “Twitter” səhifəsində paylaşıb.

 

***02:20

Ermənistanın Gəncəyə raket hücumu nəticəsində 35 mülki şəxs yaralanıb, 5 nəfər ölüb.

Unikal.org xəbər verir ki, məlumatı prezidentin köməkçisi Hikmət Hacıyev “Twitter” səhifəsində paylaşıb.

Ölənlərdən 2-si uşaqdır. Hadisə yerində təcili yardım işləri davam etdirilir. 

***01:46

Gəncədə mülki şəxslər arasında itkilərin olduğu bildirilir.

Unikal.org xəbər veriur ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

“Ermənistana yeni raket sistemləri gətirildi. Bundan dərhal sonra onlar Azərbaycan şəhərlərindəki mülki insanlara xain və qəddarcasına hücum etməyə başladılar. Gəncədə mülki şəxslər arasında itkilərin olduğu bildirilir. Ermənistan dövləti terror siyasətinin təzühürüdür”, - o bildirib.

New missiles systems have been brought to Armenia. Immediately they started to attack civilians in Azerbaijani cities in treacherous and cruel manner. In Ganja casualties among civilians are reported. Manifestation of Armenia's state policy of terror.

— Hikmet Hajiyev (@HikmetHajiyev) October 16, 2020