Qərbi Kaspi Universitetinin biologiya ixtisasının tələbələri Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunda olublar. Tələbələr institutun aqrar biotexnologiya, bitki mühafizəsi, tərəvəz məhsullarının emalı, toxum emalı, torpaqların analizi və s. laboratoriyaları və həmçinin institutun istixanaları ilə yaxından tanış olublar.
Unikal.org xəbər verir ki, institut əməkdaşları müasir cihaz və avadanlıqlar və onların iş prinsipləri barədə ətraflı məlumat verib və tələbələri maraqlandıran sualları cavablandırıblar.