Türkiyənin "CNN Türk" kanalı ermənilərin atdığı raket nəticəsində dağılan evlərin birindən reportaj hazırlayıb.
Unikal.org xəbər verir ki, kanalın müxbiri Fülya Öztürk piano səsi eşidərək dağılan evlərdən birinə daxil olub. Evi uçulan Könül Abbasov dağıntılar içərisində piano ilə "Əsgər Marşı"nı və digər musiqilərimizi səsləndirib. O və həyat yoldaşı İlhamə Abbasova evlərini tərk etməyəcəklərini bildirib.