Belçikanın koronavirusa yoluxan xarici işlər naziri Sofi Vilmes vəziyyəti ağırlaşdığı üçün hospitala yerləşdirilib.

Unikal.org “Hurriyet”ə istinadən xəbər verir ki, bu barədə Belçikanın Xarici İşlər Nazirliyi açıqlama yayıb. Qeyd edək ki, ötən həftə onun COVID-19-a görə verdiyi testin nəticəsi müsbət olub. O, ailəsinin çevrəsindəkilərdən yoluxduğunu ehtimal edib.

Xatırladaq ki, Sofi Vilmes oktyabrın 12-də Avropa İttifaqına üzv dövlətlərin XİN başçıları Şurasının toplantısına qatılıb. Qeyd edək ki, Sofi Vilmes oktyabrdan səlahiyyətlərinin icrasına başlayan yeni hökumətdə baş nazirin müavini və xarici işlər naziridir. Bundan əvvəlki kabinetdə isə baş nazir olub.

11 mln 400 min nəfər əhalisi olan Belçikada 253 mindən çox insan COVİD-19-a yoluxub. 10 539 nəfər isə koronavirusdan ölüb.