Naxçıvanda avtomobilin vurduğu velosipedçi ölüb.

"Unikal" xəbər verir ki, iyunun 24-də avtomobil Naxçıvan şəhərində yolda hərəkətdə olan Şərur rayonu Xanlıqlar kənd sakini, 1961-ci il təvəllüdlü Niftəliyev Fəxrəddin Yaqub oğlunu vurub.

Naxçıvan Muxtar Respublika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən velosipedçi həmin tibb müəssisəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.