Ağdam rayonunda baş verən mina partlayışı səbəbilə xəsarət alan şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
Bu barədə "Unikal"a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Ağdam Rayon Polis Şöbəsinin 1988-ci il təvəllüdlü əməkdaşına sağ ayaq pəncəsinin travmatik amputasiyası diaqnozu təyin edilib və cərrahi əməliyyat edilib.
Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir.
*** 02:15
İyunun 30-da Ağdam rayonunda mina partlayışı baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin birgə məlumatında bildirilir.
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşı, polis nəfəri xidmət vaxtı rayonun işğaldan azad edilmiş Papravənd kəndində piyada əleyhinə minaya düşməsi nəticəsində xəsarət alıb.
Zərərəçəkmişin sağ ayağı topuqdan amputasiya edilib.
Faktla bağlı araşdırma aparılır.