Avtomobil ustası Sahil Ağabəyli bəzi yanacaq doldurma məntəqələrindən götürülən benzinlərin oktan ədədini ölçüb.

"Unikal"ın məlumatına görə, xüsusi cihazla aparılan yoxlama zamanı digər YDM-lərdən götürülən benzinlərin oktan ədədi həqiqətə uyğun göstərilib. Lakin "Azpetrol"un Yeni Günəşlidə yerləşən yanacaq doldurma məntəqəsindən götürülən "Aİ-95" markalı benzinin oktan ədədi 91 olub.

Bu hal isə "Azpetrol"un satdığı "premium" yanacağının keyfiyyətində şübhə yaradıb.

Murad İbrahimli