Xəbər verdiyimiz kimi, ötən gün Naxçıvanda “NAZ Lifan” və “Qazel” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb.
"Unikal"ın məlumatına görə, qəza zamanı Qıvraq qəsəbə sakinləri - 1996-cı il təvəllüdlü Emin Məmmədov və 1974-cü il təvəllüdlü Davud Məmmədzadə dünyasını dəyişib.
Mərhum E.Məmmədov Kəngərli rayonu Qıvraq qəsəbəsinin icra nümayəndəsi vəzifəsində çalışırdı.
Qeyd edək ki, qəzada Emin Məmmədovun həyat yoldaşı Xanım Məmmədova yaralanıb.
Anar Kəlbiyev