ABŞ prezidenti Donald Tramp ölkə mətbuatını kəskin tənqid edib.
Unikal.org xəbər verir ki, bu barədə ABŞ lideri özünün tvitter hesabında yazıb.
“ABŞ-da mətbuat azadlığı yoxdur. Bizdə hadisələrə görməzdən gəlmək və ya feyk (uydurma - Red) xəbərlər var. Son iki həftə ərzində mediamızın nə qədər rüşvətxor olması barədə çox şey öyrəndik. Media və böyük texnoloji şirkətlər Baydenin korrupsianer olduğunu işıqlandırmır”- deyə o, bildirib.
Qeyd edək ki, Tramp dəfələrlə Amerika mediasını prezident seçkilərində rəqibi, demokrat Cozef Baydenin ailəsinin korrupsiya əməllərini ört-basdır etməyə çalışmaqda günahlandırıb.