Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələnin fəsadları aradan qaldırılır.
Unikal.org xəbər verir ki, indiyə qədər dağıntılar altından 70-dən çox insan xilas edilib. 12 binada axtarış xilasetmə əməliyyatı aparılır.
Zəlzələ nəticəsində yaralıların sayı 419-a çatıb, 12 nəfər həlak olub.
Qeyd edək ki, xilasetmə əməliyyatları zamanı dağıntılar altında qalmış şəxsin sağ-salamat çıxarılması kameralara həkk olunub.