Şəmkirdə toqquşan iki minik avtomobilindən biri Türkiyənin Azərbaycandakı diplomatik missiyasına məxsus olub.
"Unikal"ın məlumatına görə, VAZ 2106" markalı minik avtomobili ilə Türkiyənin Azərbaycandakı diplomatik missiyasına məxsus “Nissan” markalı minik avtomobili toqquşub.
Qeyd edək ki, qəza nəticəsində Şəmkir rayon sakini 1990-cı il təvəllüdlü Ə.İsmayılov hadisə yerində ölüb, 2001-ci il təvəllüdlü Q. İsayev xəsarət alıb.
XXX
12:23
Bu gün saat 09:05 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində 1990 və 2001-ci il təvəllüdlü 2 nəfər (kişi cinsli) Şəmkir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə "Unikal"a TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, şəxslərə ilkin zəruri tibbi xidmətlər göstərilib.
2001-ci il təvəllüdlü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən öz istəyi ilə ambulator müalicə üçün evə buraxılıb.
Vəziyyəti ağır qiymətləndirilən 1990-cı il təvəllüdlü şəxsin isə aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 09:14-də ölüm faktı qeydə alınıb.
XXX
10:53
Şəmkirdə iki minik maşını toqquşub, ölən var.
"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində baş verib. Belə ki, hərəkətdə olan iki minik maşını toqquşub. Qəza zamanı rayon sakini 1990-cı il təvəllüdlü Ə.İsmayılov hadisə yerində ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov