İzmirdə baş verən zəlzələ nəticəsində həlak olanların sayı 42-yə çatıb.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.

Hadisə zamanı, həmçinin 885 nəfər xəsarət alıb. 

Hələ də 8 binanın dağıntıları altında axtarış-xilasetmə işləri  davam etdirir.