“Latsio” klubu İtaliya A seriyasından kənarlaşdırıla bilər.
Unikal.org xəbər verir ki, buna səbəb “Torino” ilə qarşılaşmadır.
Həmin matçda Roma təmsilçisinin heyətində koronavirus testi müsbət nəticə verən futbolçuların meydana çıxdığı iddia edilir. Əgər bu iddialar təsdiqini tapsa, “Latsio” çempionatdan kənarlaşdırılacaq.
Məsələni prokurorluq araşdırır. Çiro İmmobile, Tomas Strakoşa və Lukas Leyvanın infeksiyalı olduğu bildirilir. Çünki həmin oyunçulara “Zenit”lə Rusiyadakı avrokubok matçına yollanmasına icazə verilməyib. Amma həmin oyunçular “Torino”ya qarşı oynayıb.
Artıq “Latsio”nun prezidenti Klaudio Lotito və həkimlər dindirilib. Klubun aşağı liqaya göndərilməsi ehtimalı ilə yanaşı, digər variant - maliyyə cəzası və xal silinməsi ilə canını qurtara bilməsi də istisna olunmur.