Rusiyanın Soçi şəhərinin mərkəzində “Ferrari” və “Mercedes McLaren” markalı avtomobillər toqquşub. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.  Qəzaya səbəb sürücülərin bir-birinə yol verməməsi olub. 

Qeyd edək ki, bu idman avtomobillərinin ümumi qiyməti bir milyon dollardan çoxdur.