Azərbaycanda səfərdə olan Türkiyə Gənclər Fondunun  (TÜGVA) direktoru  Enes Eminoğlunun rəhbərliyi altında nümayəndə heyətinin  Gənclər və İdman Nazirliyində görüşü keçirilib.

Unikal.org xəbər verir ki, görüş  Gənclər və İdman nazirinin müavini İntiqam Babayevin iştirakı ilə keçirilib.

Görüş zamanı Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu “Bir millət iki dövlət” prinsipinin hal-hazırda  dünyaya daha geniş nümayiş olunduğu, iki ölkə arasında mövcud olan sıx dostluq və qardaşlıq birliyinin tarixi köklərinin mövcudluğu xüsusi  vurgulanıb.

Qonaqlara Ermənistanın təcavüzü, dinc sakinlərə qarşı edilən terror və Azərbaycan Ordusunun ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində əldə etdiyi uğurlar haqqında ətraflı məlumat verilib. Eyni zamanda, Gənclər və İdman Nazirliyi və Türkiyə Gənclər Fondu ilə gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.