Gürcüstanın milli valyutası - lari kəskin ucuzlaşıb.
Unikal.org xəbər verir ki, Gürcüstan Milli Bankının rəsmi məzənnəsinə görə, noyabrın 6-da 1 ABŞ dolları 3 lari 40 tetri müəyyən olunub. Avronun qiyməti isə 4,01 lariyə bərabər olacaq.
Gürcü larisi Azərbaycan manatı qarşısında da dəyərini itirib və 1 AZN 2 lari müəyyən edilib.
Qeyd edək ki, lari oktyabrın 31-də keçirilən parlament seçkilərindən sonra daha kəskin surətdə ucuzlaşmağa başlayıb.