İngilis mediası Rusiya prezidenti Vladimir Putinin parkinson xəstəliyi səbəbiylə yanvar ayında vəzifəsindən ayrılacağını iddia edib.

Unikal.org xəbər verir ki, Daily Mail-in Moskvadakı mənbələrdən əldə etdiyi məlumatlara əsasən, 68 yaşlı Putinin 2012-ci ildən bəri adıçəkilən xəstəlikdən əziyyət çəkdiyi və yanvar ayının sonunda prezident postundan ayrılacağı qeyd edilib. 

Hesabatda, zaman-zaman Rusiya liderinin sağ qolunda görünən tapıntıların parkinson xəstəliyinin əlaməti olduğu iddia edilib.Ötən illər ərzində Putinin bu xəstəliyi ilə bağlı bir çox iddialar British Medical Journal tərəfindən araşdırılıb. Araşdırmalarda Putinin sağ qolunda asimmetrik olaraq azalmış qol yelləncəyinin olduğu və tapılmanın parkinson xəstəliyinin bir əlaməti olduğu ifadə edildib.