Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan milli valyuta kursunun rekord dərəcədə aşağı düşməsi fonunda ölkənin Mərkəzi Bankının başçısı Murat Uysalı istefaya göndərib.
Unikal.org-un məlumatına görə, bu barədə “Resmi Gazete” xəbər verib.
“Respublikanın Mərkəzi Bankının başçısı Murat Uysal, qanunvericiliyə uyğun olaraq, tutduğu vəzifədən azad olunur”, - məlumatda deyilir.
Bu vəzifəyə Naci Ağbal təyin olunub. Daha əvvəl o, ölkə Prezidenti Administrasiyasında idarə rəhbəri, həmçinin maliyyə naziri (2015-2018-ci illərdə) vəzifələrində çalışıb.