Bu gün Ermənistanın paytaxtı İrəvanda keçirilən etiraz aksiyasında 62 nəfər saxlanılıb.
Unikal.org xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.
Bildirilib ki, saxlanılan şəxslər polis şöbələrinə aparılıb.
Qeyd edək ki, bir neçə gündür İrəvanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirilir.