“Ermənistanın təcavüzü nəticəsində 50-dən artıq məktəbə ziyan dəyib. Onların bir qisminə əsaslı şəkildə ziyan dəyib”.
Unikal.org xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev
“Ümumiyyətlə BMT Təhlükəsizlik Şurasının nəzdində Uşaq Hüquqları üzrə Komissiyanın fəaliyyətində hərbi əməliyyatlar zamanı uşaqlara qarşı cinayətin törədilməsində bir neçə ən ağır hallar müəyyən edilib ki, onların içində məktəb, uşaq bağçaları hədəfə alınıb və bombalanması ən ağır cinayətlər hesab edilir. Aidiyyatı beynəlxalq təşkilatlar da cəlb edilməklə bu prosesin qiymətləndirilməsi həyata keçiriləcək”, - o qeyd edib.