Minsk Qazaxıstan və Türkmənistandan neft-qaz almaq istəyər, amma Rusiya öz ərazisindən onların nəqlinə imkan verməz.
Unikal.org xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Əlbəttə, çox şey Rusiyadan asılıdır, biz bu haqda həmişə danışırıq. Bəli, Rusiya vahid enerji bazarına getməli olacaq. Bu da ona gətirib çıxarır ki, Belarus seçim etməlidir, nefti ya Rusiyadan, ya da Qazaxstandan almalıdır. Biz Qazaxstandan almağa hazırıq, amma Rusiya öz ərazisindən neft və qazı heç vaxt buraxmayıb, buraxmaz da. Çünki özününkünü satmaq istəyir”, - Lukaşenko bildirib.