BMT Efiopiyada etnik gərginliyin soyqırıma çevriləcəyindən narahatdır.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, təşkilat rəsmiləri dinc sakinlərin ölümündən, hadisələrin etnik təmizləmə və insanlığa qarşı cinayət həddinə çatacağından dərin narahatlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Efiopiyanın şimalında, Eritreya ilə həmsərhəd ərazidə yerləşən Tiqray bölgəsində etnik qarşıdurma yaranıb. Mərkəzi hökumətin bölgədə nəzarəti itirməsi ilə gərginlik pik həddə çatıb. Amhara etnik qrupuna mənsub olan 54 nəfərin həyatını itirdiyi qeyd edilir.
80-dən çox etnik qrupun yaşadığı Efiopiyada siyasi mühit gərgin olaraq qalmaqdadır.